Vergi Məcəlləsində edilmiş dəyişikliklərdən biri bank hesabları barədə məlumatların vergi orqanına təqdim edilməsi ilə bağlıdır.
Eləcə də bax: Azərbaycanda bu müəssisələr gəlir vergisinə - CƏLB EDİLƏCƏK
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, dəyişiklik bütün vergi ödəyicilərinin şəhadətnamə-dublikat əsasında açılmış hesabları üzrə aparılmış əməliyyatlar barədə aylıq məlumatları bankların vergi orqanına təqdim etməsini nəzərdə tutur.
Məlum olduğu kimi, 1 yanvar 2020-ci ildən etibarən ƏDV tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxt hesab olunduğundan səmərəli vergi nəzarəti mexanizminin qurulması məqsədilə ƏDV ödəyicilərinin bank hesabları üzrə aparılmış əməliyyatlar barədə məlumatların aylıq olaraq əldə edilməsi həyata keçirilir.
Növbəti addım olaraq isə "kölgə iqtisadiyyatı"nın həcminin azaldılması istiqamətində vergi orqanlarının apardığı nəzarət tədbirlərinin effektivliyinin artırılması üçün yalnız ƏDV ödəyicilərinin deyil, bütün vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti məqsədləri üçün açılmış bank hesabları barədə məlumatları banklar vergi orqanına təqdim edəcək.
Bank hesabları barədə məlumatların əldə olunmasının əsas məqsədlərindən biri bank hesabları üzrə daxil olan və vergi ödəyicisinin fəaliyyəti barədə mənbəyi bəlli olan məlumatlar əsasında vergi orqanının vergi ödəyicilərinin vergi öhdəliyini düzgün müəyyən etməsi və vergidən yayınma hallarının qarşısını almasıdır.