Vergi Məcəlləsinə təklif olunan dəyişikliyin dövlət büdcəsində maliyyə tutumu, dəyişikliklər nəticəsində proqnozlaşdırılan maliyyə itkisinin həcmi açıqlanıb.
Eləcə də bax: Vergi Məcəlləsinə dəyişiklik üçün - SAHİBKARLARDAN 400 TƏKLİF GƏLİB
FED.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini Samirə Musayeva açıqlayıb.
“Vergi Məcəlləsinə dəyişikliklər ilə dövlət büdcəsinə 42,5 mln manat daxilolma nəzərdə tutulur. Təşviqlərin tam yerinə yetiriləcəyi təqdirdə isə 89 mln. manat vergi itkisi proqnozlaşdırılır”, - deyə S.Musayeva bildirib. (Apa)