Azərbaycanda "ƏDV geri al" layihəsi çərçivəsində bu ilin sentyabrın 1-dək iki müvəkkil bank xətti ilə ümumilikdə 296 851 431 çek üzrə 119,66 mln. manatdan çox ƏDV məbləği geri qaytarılıb.
FED.az xəbər verir ki, Dövlət Vergi Xidmətindən verilən məlumata görə, ƏDV-nin qaytarılması üçün yaradılan xüsusi portalda (edvgerial.az) 1,5 milyona yaxın istifadəçi qeydiyyatdan keçib. (Apa)