İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Azərbaycan Respublikasında yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.
Eləcə də bax: Otellərdən ƏDV-ni geri almaq mümkündürmü? – Açıqlama
FED.az xəbər verir ki, xidmətdən verilən məlumata görə, indiyədək ölkə ərazisində 45 min 589 ədəd yeni nəsil NKA quraşdırılıb.
Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.
2021-ci ilin yanvar-avqust aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 9,7 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çoxdur. (Marja)