Qeyri-neft sektorundan vergi daxilolmaları 38 faizdən çox artıb.
Eləcə də bax: İlk yarımildə plandan artıq - 2 milyard manat - VERGİ YIĞILIB
FED.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov iyulun 15-də Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunmuş müşavirədə bildirib.
"Cari ildə ötən ilin eyni dövrü ilə müqayisədə vergi mədaxili 49 faizdən çox artıb. Qeyri-neft sektorundan vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 38 faizdən çox artıb. Onlayn kassa aparatları quraşdırılmış vergiödəyicilərinin dövriyyələrinin 55 faiz artması ticarət sektorunun daxilolmalarının artım tempini sürətləndirən mühüm amillərdən biridir. İqtisadiyyatda “ağarma” proseslərinin miqyasını biz, həmçinin bank sektorunun bəzi göstəriciləri ilə müşahidə edə bilərik. Belə ki, nağd pul kütləsinin cəmi pul kütləsində manatla xüsusi çəkisi ötən ilin müvafiq dövründəki 49 faizdən cari il iyunun 1-nə 44 faizə enib. Plastik kartlar və ölkədaxili əməliyyatlarda isə nağd pulun çıxarılmasının xüsusi çəkisi ötən ilin müvafiq dövründəki 73 faizdən cari il iyunun 1-nə 60 faizə enib. Digər bir misal, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə cari il iyun ayının 1-də sahibkarlıqla məşğul olan fiziki şəxslərin bank hesablarının sayı 47 faiz artıb", - nazir deyib.