Dövlət Vergi Xidməti 2022-ci il yanvar-iyun ayları üçün nəzərdə tutulan büdcə öhdəliyini 146,7% yerinə yetirib.
Eləcə də bax: Azərbaycanda şirkətlərin əməliytyyatlarına - "ÇARPAZ NƏZARƏT" BAŞLAYIR - MÜSAHİBƏ
FED.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
O bildirib ki, bu müddətdə dövlət büdcəsinə 6 mlrd. 482 mln. manat köçürülüb ki, bu da nəzərdə tutulan proqnozdan 2 mlrd. 64,6 mln. manat artıqdır.
“Bu müddətdə büdcəyə köçürülmüş vəsaitlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 49,3% çoxdur”, - Mikayıl Cabbarov əlavə edib. (Apa)