Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin rezidentlərinin satışdankənar gəlirlərinin 10 il vergidən azad edilməsi nəzərdə tutulub.
Eləcə də bax: Qarabağdakı şirkətlərin dividend gəlirləri 10 il vergidən - AZAD EDİLİR
FED.az xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif edilən əlavə və dəyişikliklərdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, işğaldan azad edilmiş ərazilərin rezidentlərinin 2023-cü il yanvarın 1-dən 10 il müddətinə mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad edilir, bu azadolma rezidentlərinin həmin ərazidəki fəaliyyəti ilə bağlı əldə olunan satışdankənar gəlirlərinə şamil edilir. (Report)