Milli Məclis tərəfindən qəbul edilən Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu Azərbaycan Prezidenti bu gün təsdiqləyib.
Eləcə də bax: Vergi Məcəlləsində bəzi sosial xarakterli - Güzəştlərə Yenidən Baxılıb
FED.az xəbər verir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.13-cü maddəsinə “markalanmış” sözündən sonra “, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, ancaq nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış” sözləri əlavə edilsin.
Həmin məcəllənin bu bəndində deyilir:
“89.13. Aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış malların siyahıya alınması aşağıdakı qaydada həyata keçirilir:”