Bu ilin yanvar-fevral aylarında Azərbaycanda qeyri-neft sektorunun özəl bölməsi üzrə vergi daxilolmaları 1 076,7 milyon manat təşkil edib.
Eləcə də bax: Azərbaycanda qeyri-neft-qaz sektorundan vergi daxilolmaları - 42% ARTIB
FED.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,9% çoxdur.
Bundan başqa, nazir qeyd edib ki, son 1 ildə neft sektorundakı subpodratçıların vergiləri istisna olmaqla, özəl sektordan vergi daxilolmaları 51,9% artaraq 939,8 milyon manata çatıb. (Report)