Bu ilin yanvar-fevral aylarında Azərbaycanda vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 25,2 % çox - 1 milyard 830,4 milyon manat təşkil edib, proqnoz 108,7 % icra olunub.
Eləcə də bax: Azərbaycanın qeyri-neft ixracı - 39% ARTIB
FED.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Onun sözlərinə görə, vergi daxilolmalarının 1 milyard 398,8 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 41,8 %, proqnozdan isə 8,7 % çoxdur. (Report)