Cari ilin yanvar ayının 1-nə respublika üzrə uçotda olan 1 mln. 400 min 824 vergi ödəyicisinin 87,3%-i fiziki şəxslər, 12,7%-i hüquqi şəxslər və digər təşkilatlar olub.
İlham Əliyev: «Biz investorları gəlməyə məcbur edə bilmərik, yalnız dəvət edə bilərik»
FED.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, 2021-ci illə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 5,2%, o cümlədən fiziki şəxslərin sayı 4,6% (ümumi artımın 77,5%), hüquqi şəxslərin sayı 9,6% (ümumi artımın 22,5%) artıb. Kommersiya qurumlarının sayında 10,5% artım qeydə alınıb.
Ötən ildə 15 min 795 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da 2021-ci il ilə müqayisədə 33,4% çoxdur. Qeydiyyatdan keçmiş kommersiya qurumlarının 72,8%-i elektron qaydada, 27,2%-i kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb.
Cari ilin yanvar ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 89,8%-i MMC, 1,4%-i səhmdar cəmiyyət, 1,2%-i kooperativ və s. formalarda yaradılıb. Qeydiyyatda olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 30 min 620 olub ki, bu da ötən ilə nisbətən 14,4% çoxdur. Kommersiya qurumlarının tərkibində ƏDV ödəyicilərinin sayı 11,4% artaraq 46 min 701 vahid təşkil edib.
Ötən ildə qeydiyyatdan keçmiş kommersiya qurumlarından 77,6%-i yerli, 22,4%-i xarici investisiyalı qurumlardır. Əvvəlki illə müqayisədə yerli investisiyalı kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının sayı 14,2% artıb.
Ötən il 9001 hüquqi şəxsin fəaliyyəti bərpa edilib ki, bu da 2021-ci illə müqayisədə 23,4% çoxdur. Fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı isə 24% artıb.
2022-ci ildə kommersiya qurumlarının 72,8%-i elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 94,7% olub.
Yeni qeydiyyat üsulu ilə (fin kod + mobil nömrə) 1 min 848 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb ki, bu da 2021-ci illə müqayisədə 32 vahid çoxdur. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 11,7%, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 15,2% təşkil edib. Ümumiyyətlə, ötən ildə icra olunmuş elektron qeydiyyat ərizələrinin 83,9%-i Asan imza vasitəsilə imzalanmaqla təqdim olunub.