Azərbaycan İnvestisiya Holdinqinin İdarəetməsinə verilən verilən dövlət şirkətlərinin gəlirləri son 2 ildə kəskin artıb.
Nazir: “İnvestisiya Holdinqinin müəssisələri gəlirini 54% artırıb”
FED.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün nazirlikdə keçirilən konfransda bildirib.
Onun sözlərnə görə, əgər 2020-ci ildə Holdinqin portfel şirkətlərinin toplam mədaxili 50 milyard manat idisə, 2022-ci ildə bu rəqəm 120 milyard manata çatıb. Həmin müəssisələrin EBTİDA göstəricisi isə 2020-ciiildəki 4 milyard manatdan 2022-ci ildə 14 milyard manata yüksəlib.
Nazir etiraf edib ki, bu müəssisələrin hamısında vəziyyət eyni deyil: «Təbii ki, SOCARın payı daha böyükdür. Amma digər əsas şirkətlərdə, o cümlədən AZAL, Dövlət Dəmiryolu, Xəzər Dəniz Gəmiçiliyində də göstəricilərin davamlı şəkildə yaxşılaşdığını görürük»-deyə nazir bildirib.
M.Cabbarov bildirib ki, bu vəziyyət gələcəkdə həmin müəssisələrin daha yaxşı şərtlərlə özəlləşdirilməsinə imkan verir:
«Bu nə üçün vaibdir? - Bu uzun üddətdə danışdığımız, amma hələ də həyata keçirmədiyimiz müəyyən strateji sektorlarda özəlləşmə imkanlarına bizi yaznaşdırır.
Yəni dövət bu qurumaın vəziyyətini, gəlirlərini onların real dəyərinə çatdırır.
Və ola bilər ki, kapital bazarlarına çıxmaq və səmərəliliyin yeni mərhələsinə çatmaq üçün yeni şərtlər yaranmışdır».