2023-cü ilin ilk 6 ayında Naxçıvan Muxtar Respublikasında (MR) Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 75,9 milyon manatdan artıq vergi daxil olub.
Vergi Xidməti planı böyük artıqlaması ilə yerinə yetirir - NAZİR MƏLUMAT PAYLAŞDI
FED.az xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 36% və ya 20 milyon manat çoxdur.
Qeyd edək ki, cari ilin iyun ayı üzrə vergi daxilolmalarında 2022-ci ilin müvafiq dövrünə nisbətən 20,8% və ya 2,2 milyon manat artıb. (Apa)