İqtisadiyyatda şəffaflaşmanın artması, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, biznes fəaliyyətinin leqallaşdırılması vergi daxilolmalarının dinamik artımı ilə nəticələnir.
Azərbaycanda vergi ödəyicilərinin sayı - 7% ARTIB
FED.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Nazir qeyd edib ki, bu ilin ilk yarısının yekunlarına görə, Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 41,6% artaraq 9 milyard 181,4 milyon təşkil edib.
Bu müddətdə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 18,2% artaraq 5 milyard 199,4 milyon manat olub.