2023-cü il avqust ayının 1-nə Naxçıvan Muxtar Respublikasında 3.540 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bunların 89,4 faizi fiziki, 10,6 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.
Naxçıvanda vergi daxilolmaları - 38 FAİZ ARTIB
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən FED.az-a verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2,2 dəfə, o cümlədən fiziki şəxslərin sayı 2 dəfə, hüquqi şəxslərin sayı isə 34 dəfə artıb.
Yanvar-iyul aylarında kommersiya qurumlarının 60,5 faizi elektron qaydada, 39,5 faizi isə kağız daşıyıcıları vasitəsilə edilmiş müraciətlər əsasında uçota alınıb.