Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.
Naxçıvanda vergi daxilolmaları - 38 FAİZ ARTIB
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən FED.az-a verilən məlumata görə, 2023-cü il 1 avqust tarixinə muxtar respublika ərazisində 1 896 ədəd yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb. Yanvar-iyul aylarında belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 101,3 milyon manatdan çox olub. Həmin dövr ərzində “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 373,8 min manat, təkcə iyul ayında isə 83,7 min manatdan artıq ƏDV məbləği geri qaytarılıb. Yanvar ayı ilə müqayisədə iyul ayında istehlakçılara qaytarılan məbləğ 4 dəfə artıb.