“Vergi Məcəlləsinə ediləcək dəyişikliklər mühüm addımdır”.
Eləcə də bax: Aksiz markalı malların nağd satışına görə - CƏRİMƏ MÜƏYYƏNLƏŞİR
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
Komitə sədri bildirib ki, aksiz markalarının dəyişdirilməsinə görə büdcəyə 60 milyon manat vəsait daxil olacaq: “Bütövlükdə Vergi Məcəlləsinə edilən dəyişikliklər həcminə və güzəştli kateqoriyanı əhatə etməsinə görə insanlara sosial istiqamətdə dəstək baxımından mühüm addım hesab edilə bilər”.