Aksiz markası ilə markalanmalı olan və ya məcburi nişanlama ilə nişanlanmalı olan malların nağd qaydada satılması və nağd qaydada alınmasına görə cərimə müəyyənləşir.
Eləcə də bax: Elektron siqaret və qəlyan aksizli malların siyahısına - DAXİL EDİLİR
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, pərakəndə satış istisna olmaqla aksiz markası ilə markalanmalı olan və ya məcburi nişanlama ilə nişanlanmalı olan malların nağd qaydada satılması, belə malların satış məqsədi üçün nağd qaydada alınması az miqdarda (500 manatadək) törədildikdə vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə, hüquqi şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə cərimə ediləcək.
Qanun parlamentdə qəbul edilərək Prezident tərəfindən təsdiqlənəcəyi təqdirdə 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Qanun layihəsi parlamentdə müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.