Mən fərdi sahibkar kimi tikinti materiallarının idxalı və topdansatışı ilə məşğul oluram. Həmin fəaliyyəti həyata keçirdiyim obyekti vergi orqanlarında uçota aldırmışam. Vergi Məcəlləsinin tələblərinə əsasən, idxal ediləcək mallar barədə malların gömrük nəzarətindən çıxdığı vaxtadək vergi orqanına məlumat verilməlidir. Bu baxımdan, Rusiyadan idxal etdiyim mallar barədə məlumat formasını vergi orqanlarına təqdim etməyim mütləqdirmi?
Hansı vergi ödəyiciləri işğaldan azad edilmiş ərazinin - REZİDENTİ SAYILMIR?
FED.az xəbər verir ki, Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, vergi ödəyicisinin vergi orqanında uçota alınmış bir təsərrüfat subyekti (obyekti) olduğu halda, bu Məcəllənin 16.1.11-11-ci maddəsində nəzərdə tutulan məlumat forması vergi orqanına təqdim edilmir. Bu səbəbdən, idxal edilmiş mallar həmin təsərrüfat subyektinə (obyektinə) boşaldılmış hesab olunur.
Qeyd olunanlara əsasən, tərəfinizdən idxal edilən mallara görə Vergi Məcəlləsinin 16.1.11-11-ci maddəsinə uyğun olaraq məlumat forması təqdim edilmir.
Əsas: Vergi Məcəlləsinin 16.1.11-11-ci maddəsi.