İctimai iaşə obyektlərində xidmət göstərilən zaman istehlakçılardan “Servis haqqı” adı altında əlavə ödəniş tələb edilə bilərmi?
“Taksim Kebap”ın rəhbərinə ölkədən çıxış - QADAĞAN EDİLDİ
FED.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, satıcı istehlakçını maraqlandıran xidmətin qiyməti barəsində istehlakçıya düzgün və zəruri məlumat verməlidir. İstehlakçılara məhsul və qiyçətlər barəsində məlumatlar mülkiyyətçi və ya obyektin rəhbəri barəsində təsdiq edilmiş elektron və ya fiziki daşıyıcıda menyu vasitəsiylə təqdim edilməlidir.
İctimai iaşə obyektləri əsas fəaliyyəti ilə yanaşı, növündən və dərəcəsindən aslı olaraq istehlakçılara əlavə xifdmətlərdə göstərə bilərlər. Əlavə xifdmətlərin dəyəri menyuda əks etdirilməlidir. İstehlakçıya məcburi əlavə xidmətlərin göstərilməsinə yol verilmir.