İqtisadiyyat Nazirliyinin Kollegiyası ləğv edilmiş və hazırda Dövlət Vergi Xidməti adlanan Vergilər Nazirliyinin Kollegiyasının 7 sentyabr 2016-cı il tarixli rərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edib.
Eləcə də bax: Azərbaycanda bu il nağdsız ödənişlərin həcmi - 2 Mlrd. Manatı Keçib
FED.az xəbər verir ki, bununla bağlı qərarı nazir Mikayıl Cabbarov imzalayıb.
Qərara əsasən, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 min manatdan artıq olan, ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği 30 min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15 min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlərin yalnız nağdsız qaydada həyata keçirilməsi tələbi aradan qaldırılıb. Bu tələb yalnız ictimai iaşə fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün saxlanılıb.
Nazirliyin Hüquq şöbəsinin müdiri Tural İsgəndərova qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədi ilə 3 gün müddətində Ədliyyə Nazirliyinə göndərilməsi üçün zəruri tədbirlər görməli, Kollegiyanın məsul katibi, Daxili nəzarət şöbəsinin müdir müavini Elnur Əliyev isə qərarın surətini göndərilmə siyahısına uyğun çatdırmalıdır. (Report)