Bu ilin I rübündə Azərbaycanda debet və kredit kartları vasitəsilə 2,001 mlrd. manat həcmində nağdsız ödənişlər həyata keçirilib.
Eləcə də bax: Şər deməsən, xeyir gəlməz: Nağdsız ödənişlərin həcmi Azərbaycanda - Yeni Rekord Qırıb
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatlarına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 49,4% çoxdur.
Sözügedən nağdsız ödənişlərin 116 mln. manatı ATM-lər vasitəsilə, 813 mln. manatı POS-terminallar vasitəsilə, 1,072 mlrd. manatı isə elektron ticarət vasitəsilə həyata keçirilib. (Apa)