Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.
Eləcə də bax: Yeni nəsil kassa aparatları ilə builki dövriyyə 14 milyard manata - ÇATIB
FED.az biznes və maliyyə xəbərləri portalı AZƏRTAC-a istinadən xəbər verir ki, Dövlət Vergi Xidmətindən verilən məlumata görə, indiyədək ölkə ərazisində 50 min 653 ədəd yeni nəsil NKA quraşdırılıb.
Yeni nəsil NKA-dan istifadə hesablaşmalarının daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.
2021-ci ilin yanvar-noyabr aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə təxminən 14 milyard manata yaxın olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 85,8 faiz çoxdur.