Azərbaycandakı dövlət və özəl şirkətlər, eləcə də sahibkarlar büdcə qarşısındaı borclarını, xüsusilə də vergi borclarını ödəməkdə çətinliklə üzləşiblər.
SOCAR büdcəyə olan vergi borcunu – ÖDƏMƏKDƏ ÇƏTİNLİKLƏ ÜZLƏŞİB – BÖYÜK MƏBLƏĞ
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-cı ilin oktyabrın 1-ə olan vəziyyətə görə, şirkətlərin büdcə qarşısında 4 milyard 248 milyon manat borcu yığılıb.
Xatırladaq ki, ilin əvvəlində bu borcların məbləği 3 milyard 308 milyon manat idi. Yəni təkcə bu il şirkət və sahibkarların büdcəyə olan borclarının məbləği təqribən 1 milyard manat, daha dəqiqi 940 milyon manat artıb.
Maraqlıdır ki, şirkət və sahibkarların büdcəyə olan borcunun 3-də biri əsas borc deyil, onlara hesbalanmış faiz və maliyyə sanksiyalarıdır.
Belə ki, ilin əvvəlindən bəri vergi borcu 738 milyon manat, faizlər isə 202 milyon manat artıb.
Ümumilikdə 4,2 milyon manat borcun 2 milyard 857 milyon manatı əsas borc, 363 milyon manat maliyyə sanksiyaları, 1 milyard 27 milyon manat isə faizlərdir.
Maraqlıdır ki, vergi borclarının bir hissəsi özəl şirkətlərin olduğu kimi, neft şirkətləri və dövlət qurumları da büdcə qarşısında öhdəliklərini yerinə yetirməkdə çətinliklə üzləşiblər.
Belə ki, bu ilin oktyabrın 1-də olan vəziyyətə dövlət büdcəsinə olan borcların 3 milyard 743 milyon manatı qeyri neft-qaz sektoruna, o cümlədən 3,5 milyard manatı qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərinin payına düşüb.
Bundan başqa, ilin əvvəli ilə müqayisədə neft-qaz sektorunun da vergi borcları sürətlə artıb, Bu sahədən olan şirkətlərin vergi borcları 446,4 milyon manat və ya 8,7 dəfə artaraq 505 milyon manata yüksəlib. Bu borcun böyük hissəsi -490 milyon manatı SOCAR-ındır, qalan hissə digər neft şirkətlərinin payına düşür.
Dövlət şirkətləri də vergi borcunu ödəyə bilmir, dövlət şirkətlərinin ümumi borcu bu ilin əvvəlindən 477 milyon manat və ya ilin əvvəli ilə müqayisədə 3 dəfə artaraq 715 milyon manata sıçrayıb.
Belə ki, “Azərsu” ASC-nin dövlət büdcəsinə 23,3 milyon manat, büdcə təşkilatlarının isə 20 milyon manat borcu var.
Ümumilikdə bütün borcların 76%-i və ya 3,2 milyard manat sırf özəl biznesin payüına düşür.
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vergi boocları da sürətlə artır – bu təbəqənin vergi borcu 140 milyon manat artaraq ilin əvvəlindəki 706 milyon manatdan indi 844 milyon manata yüksəlimb.
Qeyd edək ki, əvvəlki dövrlər üzrə Dövlət Vergi Xidməti tərəfindən təqdim edilmiş məlumatlara əsasən, vergi borclarının əhəmiyyətli hissəsi cinayət işi açılan, məhkəmə və mübahisələndirmələr nəticəsində yaranan borclardan ibarətdir.
Yeri gəlmişkən, bu da hələ son deyil. Belə ki, məhkəmələrin qərarları əsasında əmlaka yönəldilən borc məbləğləri barədə məlumatlar “Büdcə zərfi”nə əlavə edilməyib. Bu vəziyyət deməyə əsas verir ki, oktyabrın 1-də 4,2 milyard manat məbləğində açıqlanan rəsmi borc, əslində daha böyükdür.
Hesablama Palatası hesab edir ki, vergi borcunun bu sürətlə artması dövlət büdcəsi gəlirlərinin proqnozlaşdırılan həcmdə və vaxtında təmin olunması baxımından risk yaradır, eyni zamanda vergi ödəyicilərinin maliyyə öhdəliklərini yerinə yetirmə imkanlarının zəiflədiyini göstərir.













