1 iyul 2022-ci il tarixində Azərbaycanın dövlət büdcəsinə vergi borcları 2 milyard 290,9 milyon manat həcmində qiymətləndirilir, bu da 2021-ci ilin sonuna olan göstricidən 18% və ötən ilin iyun ayının sonuna olan göstəricidən 36,6% çoxdur.
Eləcə də bax: Azərbaycan holdinqinin büdcəyə vergi borcu var – MƏBLƏĞ
FED.az xəbər verir ki, bu barədə Hesablama Palatasının 2023-cü il dövlət büdcəsi layihəsi üzrə rəyində qeyd olunur.
Palatanın materiallarına əsasən, 1 iyul 2022-ci il tarixinə əsas vergi borcunun məbləği 1 milyard 507,8 milyon manat (1 iyul 2021-ci ilin göstəricisi ilə müqayisədə artım 36,8% - İF), maliyyə sanksiyaları – 265,7 milyon manat (+14,1%), penya – 517,5 milyon manat (+51,3%) təşkil edir.
Vergi borclarının strukturunda 2 milyard 124,4 milyon manat (+31,6%) və ya bütün borcların 92,7%-i qeyri-neft sektoru, 166.5 milyon manat (+ 2,6 dəfə) və ya 7,3%-i neft sektorunun payına düşür.
Ümumilikdə, özəl təşkilatların vergi borcları 1 milyard 923 milyon manat (+ 34,2%) və ya bütün borcların 83,9%-i səviyyəsində, dövlət sektorunun – 367,9 milyon manat (+50,5%) və ya 16,1%-i səviyyəsində qiymətləndirilir.
Palatanın məlumatına görə, 1 iyul 2022-ci il tarixinə Azərbaycanın dövlət büdcəsinə vergi ödəyicilərinin köçürdükləri əlavə vergilərin həcmi 2 milyard 187,6 milyon manat təşkil edir, bu da 2021-ci ilin sonuna olan göstəricidən 26,6% və 30 iyun 2021-ci ilə olan göstəricidən 3,1% çoxdur. (İnterfaks-Azərbaycan)