2022-ci ildə Azərbaycan dövlət büdcəsinə Dövlət Vergi Xidmətinin xətti ilə gəlir vergisi üzrə 4,155 mlrd. manat daxil olması proqnozlaşdırılır. Bu, nəzərdə tutulan büdcə gəlirlərinin 15,6%-inə bərabərdir.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası 2022-ci il dövlət büdcəsi haqqında Qanununda deyilir.
Sözügedən məbləğin 2,670 mlrd. manatı hüquqi şəxslərin gəlir vergisi, 1,485 mlrd. manatı isə fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların payına düşəcəyi hələlik müəyyənləşib.
Qeyd edək ki, 2021-ci ilin ilk yarısında Dövlət Vergi Xidmətinin xətti ilə gəlir vergisi üzrə 2,222 mlrd. manat daxil olub. Məbləğin 578 mln. manatı fiziki şəxslərin gəlir vergisi, 1,644 mlrd. manatı isə hüquqi şəxslərin gəlir vergisi üzrə daxilolmaların payına düşüb. Fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalar illik müqayisədə 3%, hüquqi şəxslərin gəlir vergisi üzrə daxilolmalar isə 9,6% artıb.