Gələn ilin Azərbaycanın dövlət büdcəsində şəhər və rayonlar üzrə gəlirlər 8 820 milyon manat, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədilə büdcə fonduna aid olan məbləğ 12,5 milyon manat, yerli xərclər 979 milyon manat, gəlirlərin yerli xərclərdən artıq olan və mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsi 7 758 milyon manat, yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılması nəzərdə tutulan vəsaitin yuxarı həddi isə 37,5 milyon manat məbləğində nəzərdə tutulub.
Eləcə də bax: "İşğaldan azad edilmiş ərazilərdə vergi güzəştlərinin tətbiqinə baxılır"
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu, "2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, gələn il Ağdam üzrə gəlirlər 6,385 milyon manat, onun yerli xərcləri 11,33 milyon manat, Cəbrayıl üzrə gəlirlər 1,242 milyon manat, onun yerli xərcləri 4,1 milyon manat, Füzuli üzrə gəlirlər 11,45 milyon manat, onun yerli xərcləri 11,433 milyon manat, Xocalı üzrə gəlirlər 0,489 milyon manat, onun yerli xərcləri 2,013 milyon manat, Xocavənd üzrə gəlirlər 1,059 milyon manat, onun yerli xərcləri 2,574 milyon manat, Kəlbəcər üzrə gəlirlər 1,686 milyon manat, onun yerli xərcləri 5,21 milyon manat, Qubadlı üzrə gəlirlər 4,423 milyon manat, onun yerli xərcləri 3,665 milyon manat, Laçın üzrə gəlirlər 3,107 milyon manat, onun yerli xərcləri 5,448 milyon manat, Şuşa üzrə gəlirlər 1,955 milyon manat, onun yerli xərcləri 1,953 milyon manat, Zəngilan üzrə gəlirlər 1,773 milyon manat, onun yerli xərcləri 3,179 milyon manat olacaq.