Növbəti ildən mikrosahibkarlıq subyektlərinin əksəriyyəti fəaliyyətini dayandırmalı olacaq. Xüsusən dövriyyəsi 15-25 000 arası olan və muzdlu içə cəlb etmədən tək fəaliyyət göstərənlər (ekspertlər, təlimçilər, kiçik sənətkarlıqla məğul olanlar və s.).
Deputat mikrosahibkarlara güzəştlərin tətbiqini - TƏKLİF EDİB
Azərbaycanda vergi ödəyicilərinə borcunu ödəmək üçün - VAXT VERİLƏCƏK
FED.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Sahib Məmmədov sosail şəbəkədə yazıb.
O qeyd edib ki, Vergi Məcəlləsinə edilən dəyişikliklə mikrosahibkarların (illik dövriyyəsi 200 000 az olanlar) gəlir vergisinə tətbiq olunan 75%-lik güzəşt ləğv olunur.
"Bu o deməkdir ki, gəlir vergisinin həcmi 20% təşkil edəcək. Bunun üstünə 1% nağdlaşma vergisi, bank xərclər, və hazırda 101 manat aylıq təşkil edən (icbari və tibbi sığorta bir yerdə) sığorta xərclərini də gələndə fəaliyyət mənasını itirir. Yəni nə qazansan ən azı 50%-ni verməlisən.
Bəzi hallarda isə qazancın üstünə əlavə etməlisən (məsələn aylıq gəlir 100 manat olarsa, onun üzrəinə 1 manat da əlavə edib sosial sığorta xərclərinə, 5% gəlir vergisinə ödənilməlidir. Minimum əmək haqqı artasra 100 manata daha çox əlavə etmək lazım gələcək)", - deyə hüquq müdafiəçisi əlavə edib.