Gələn il gömrük rüsumları üzrə daxilolmalar 1475,0 milyon manat nəzərdə tutulur.
FED.az xəbər verir ki, bu Maliyyə Nazirliyinin açıqladığı «2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatı»nda bildirilir.
Bu da 2023-cü ilin müvafiq göstəricisi ilə müqayisədə 19,0 milyon manat və ya 1,3 faiz çoxdur.
Artımın səbəbi cari ilə nisbətən qeyri-neft sektoru üzrə idxalın artması, habelə idxal rüsumuna cəlb edilən idxalın həcminin artmasının proqnozlaşmada nəzərə alınması ilə bağlıdır.