Göstərilən xidmətlərə görə satış tarifinin məhsulun maya dəyərindən aşağı olması nəticəsində yaranmış zərərin örtülməsi üçün “Azəristiliktəchizat” ASC-yə 46,5 milyon manat vəsait nəzərdə tutulub.
FED.az xəbər verir ki, bu Maliyyə Nazirliyinin açıqladığı «2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatı»nda bildirilir.
Qeyd edilib ki, “Azəristiliktəchizat” a gələn il ayrılması nəzərdə tutulan vəsait 2023-cü illə müqayisədə 5,5 milyon manat və ya 13,4 faiz çoxdur.