Azərbaycanda əməkhaqqı gəlirlərinin vergidən azad edilməsi özəl sektorda əmək müqavilələrinin payını 2018-ci ildəki 37,1 %-dən 52,4 %-ə çatdırıb.
Sanksiyalara etiraz edən sahibkarlara Vergi Xidmətindən cavab
FED.az xəbər verir, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəis müavini Samirə Musayeva bildirib.
Onun sözlərinə görə, qeyri-neft sektorunun özəl bölməsində şəffaflaşmaya yönəlmiş islahatlar əmək bazarında şəffaflığı artırmaq baxımından ən təsirli tədbirlərdən biri olub:
“2019-cu ildə başlanan islahatlar əmək münasibətlərinin leqallaşdırılması sahəsində ciddi irəliləyişlərə yol açıb. Xüsusilə qeyri-neft sektorunun özəl bölməsində 8 min manata qədər aylıq əməkhaqqı gəlirlərinin vergidən azad edilməsi nəticəsində vergi yükü əhəmiyyətli dərəcədə azalıb. Bu, biznesi əmək münasibətlərini rəsmiləşdirməyə və əməkhaqqı məbləğlərini leqallaşdırmağa daha çox təşviq edib”.
S. Musayeva bildirib ki, islahatların tətbiqindən bəri əmək münasibətlərinin rəsmi şəkildə qurulmasında 32 %-lik artım qeydə alınıb. Bu artım qeyri-neft sektorunun özəl bölməsində 80 %-ə yaxınlaşıb və nəticədə 451 min yeni əmək müqaviləsi bağlanıb.
O hesab edir ki, əməkhaqqı fondunda da əhəmiyyətli artım müşahidə olunub. DVX-nın rəis müavini bildirib ki, 2018-ci illə müqayisədə 2024-cü ilin əvvəlinə əməkhaqqı fondu ümumilikdə 2,3 dəfə, qeyri-neft sektorunun özəl bölməsində isə 2,4 dəfə artıb: “Bunun nəticəsində sosial yığımların həcmi 2,2 dəfə böyüyüb”.
O, bu islahatları ölkədə əmək bazarının leqallaşdırılması və sosial təminat sisteminin gücləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirir. (Report)