Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
    • Gömrük
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
      • Test
  • Az
    • Az
    • Ru
Banner
Banner

Vergilər

  1. Ana səhifə
  2. Vergilər
  1. Vergilər

Əlavə dəyər vergimizi kimlər mənimsəyir? - ARAŞDIRMA

Əlavə dəyər vergimizi kimlər mənimsəyir? - ARAŞDIRMA | FED.az
13:24 9 Aprel 2022

Azərbaycanda pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə fiziki şəxs olan istehlakçılara əlavə dəyər vergisi (ƏDV) ödənilir. Bunun üçün ilk növbədə hər bir vətəndaş ticarət və ictimai iaşə obyektlərində etdiyi ödənişlər üzrə çekləri toplamalıdır. Ardınca www.edvgerial.az portalına daxil olmalı, şəxsiyyətini təsdiq edən sənədin FİN kodunu, doğum tarixini və mobil nömrəsini müvafiq bölmələrə daxil edərək qeydiyyatdan keçməli, “elektron kabinet” yaratmalıdır.

Eləcə də bax: "Elə etmək lazımdır ki, marketlər alıcıya verilən çekdən özləri istifadə edə bilməsin"

FED.az xəbər verir ki, istehlakçı ödəniş müqabilində nəzarət-kassa aparatının verdiyi hər bir çekin 12 simvollu fiskal ID-ni portala daxil etməli, yaxud müvafiq mobil əlavə ilə çekin üzərində olan QR kodu oxutmalıdır. 30 gün sonra elektron kabinetdə çek üzrə ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15, nağd ödənişlər üzrə 10 faizi əks olunacaqdır. Artıq bir neçə ildir ki, Azərbaycan vətəndaşları bu qayda ilə dövlətin onlar üçün yaratdığı imkandan yararlanır, topladıqları ƏDV məbləğindən müxtəlif məqsədlər üçün istifadə edirlər. Bu, müsbət haldır və hər bir insan tərəfindən məmnunluqla qarşılanır.

Yeganə narazılıq yaradan məqam budur ki, bəzi ticarət və iaşə obyektlərinin ayrı-ayrı işçiləri tərəfindən vətəndaşlara ödəniş müqabilində çek təqdim etmək ya “yaddan çıxır”, ya da istehlakçıya verilən çekin ƏDV-si artıq portala yüklənmiş olur.

Misal üçün, Bakı şəhər sakini Kəmalə Əzizova bildirir ki, tanınmış market şəbəkəsinin birindən davamlı olaraq alış-veriş edir. Ödəniş müqabilində aldığı çeklərin üzərindəki müvafiq məlumatları dərhal portala daxil edəndə ƏDV-ni geri qaytarmaq olur. Amma çekin üzərindəki məlumatı bir-iki gün gec portala daxil edəndə məlum olur ki, həmin çekə görə ƏDV artıq ödənilib.

Şikayətçinin iddiasına görə, alış-veriş müqabilində kassa aparatından çıxan hər bir çek iki nümunədə olur. Birinci nümunə istehlakçıya verilir, ikinci nümunə kassada ödənişi qəbul edən şəxsdə - xəzinədarda saxlanılır. Günün sonunda və ya bir-iki gün sonra həmin xəzinədar toplanılan çeklərin məlumatlarını portaldakı şəxsi kabinetinə daxil edir, istehlakçılara çatacaq məbləğləri özü mənimsəyir. Beləliklə də, gün ərzində maaşdan əlavə 20-30 manat pul qazanır. Necə deyərlər, dama-dama göl olur. Kobud şəkildə ifadə etsək, xidmət sektorunda fəaliyyət göstərən şəxs bu yolla vətəndaşın cibinə girir, ƏDV-sini oğurlayır, nəticə etibarilə istehlakçıların hüququnu pozur.

Maraqlıdır, Kəmalə xanımın üzləşdiyi neqativ hallara qarşı necə mübarizə aparmaq olar? İstehlakçıların hüquqlarını pozan, ƏDV-ni oğurlamaqla vətəndaşlara maddi ziyan vuran xidmət sektoru işçiləri buna görə hansı məsuliyyəti daşıyırlar? Məlumat üçün qeyd edək ki, belə neqativ halla rastlaşan vətəndaşlar ƏDV çeki təqdim edilməklə, ilkin instansiya olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, həmçinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şəxsən, yaxud elektron qaydada müraciət edə bilərlər. Fakt ətraflı araşdırıldıqdan sonra qanun çərçivəsində müvafiq addım atılacaq.

Məsuliyyət məsələsinə gəlincə, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev dedi ki, təsvir olunan hadisə vətəndaşların ƏDV çeklərinin ayrı-ayrı şəxslər tərəfindən oğurlanması halıdır:

“Əgər vətəndaş hansısa ticarət mərkəzində istənilən məhsula görə ödəniş edibsə, bunun müqabilində ona çek təqdim olunubsa, sözügedən çekə görə qaytarılmalı məbləği almaq mümkün olmursa, ilk növbədə alış-veriş edilən ticarət mərkəzinə müraciət olunmalı, məsələ aydınlaşdırılmalıdır. İstehlakçının müraciətinə əhəmiyyət verilməzsə, bu zaman müvafiq vergi orqanına şikayət edilməlidir. Müəyyən olunsa ki, istehlakçıya məxsus ƏDV çekindən ondan xəbərsiz kimlərsə istifadə edib, bu, oğurluq əməlinin tərkibini yaradır”.

Vəkil söylədi ki, belə əmələ yol verən şəxs və ya şəxslər özgənin əmlakını gizli olaraq talama ilə bağlı cinayət məsuliyyəti daşıyırlar:

“Bu oğurluq faktı ənənəvi üsulla deyil, Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulduğu kimi, elektron məlumat daşıyıcılarından, informasiya texnologiyalarından istifadə edilməklə törədilir. Bu əməl nəticəsində vətəndaşlara xeyli miqdarda ziyan vuran şəxs 1 ildən 3 ilə qədər, yaxud 2 ildən 5 ilə qədər azadlığın məhdudlaşdırılması cəzası ala bilər. Eyni əməl külli miqdarda ziyan vurmaqla törədildikdə daha ağır cəza ilə nəticələnir. Belə halda həmin şəxslər 5 ildən 10 ilə, xüsusilə külli miqdarda ziyan vurulmaqla törədildikdə isə 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilərlər. Düzdür, ƏDV çeklərində külli miqdarda vəsaitin olması mümkün deyil. Amma yenə də bu əmələ görə məsuliyyət nəzərdə tutulub”. (Kaspi)

Banner
Banner
  • Əlavə dəyər vergisi
  • ƏDV
  • mənimsəmək
Paylaş

Digər xəbərlər

Xaricdən əldə olunan gəlirlər üzrə kameral vergi yoxlamasının müddəti - NECƏ TƏNZİMLƏNİR?
Vergilər 3 İyun 2023
Xaricdən əldə olunan gəlirlər üzrə kameral vergi yoxlamasının müddəti - NECƏ TƏNZİMLƏNİR?
Hibrid avtomobilin idxalı - ƏDV-YƏ CƏLB EDİLİRMİ?
Vergilər 3 İyun 2023
Hibrid avtomobilin idxalı - ƏDV-YƏ CƏLB EDİLİRMİ?
Dövlət Vergi Xidmətində aylıq maaşlar dəyişdirildi - YENİ QƏRAR
Vergilər 3 İyun 2023
Dövlət Vergi Xidmətində aylıq maaşlar dəyişdirildi - YENİ QƏRAR
Vergi Xidməti vasitəsilə büdcə daxilolmaları proqnozu - 1.530 MİLYARD MANAT ARTIRILIB
Vergilər 2 İyun 2023
Vergi Xidməti vasitəsilə büdcə daxilolmaları proqnozu - 1.530 MİLYARD MANAT ARTIRILIB
Azərbaycanda ən çox hansı vergilərdə - YIĞIM PLANI ARTIRLDI? – SİYAHI, MƏBLƏĞLƏR
Vergilər 30 May 2023
Azərbaycanda ən çox hansı vergilərdə - YIĞIM PLANI ARTIRLDI? – SİYAHI, MƏBLƏĞLƏR
Azərbaycanda hüquqi şəxslərin əmlak vergisi üzrə - PROQNOZ ARTIRILIR
Vergilər 30 May 2023
Azərbaycanda hüquqi şəxslərin əmlak vergisi üzrə - PROQNOZ ARTIRILIR
Azərbaycanda ƏDV üzrə proqnoz - 18%-DƏN ÇOX ARTIRILIR
Vergilər 30 May 2023
Azərbaycanda ƏDV üzrə proqnoz - 18%-DƏN ÇOX ARTIRILIR
Azərbaycanda fiziki şəxslərin gəlir vergisi üzrə - PROQNOZ ARTIRILIR
Vergilər 30 May 2023
Azərbaycanda fiziki şəxslərin gəlir vergisi üzrə - PROQNOZ ARTIRILIR
Vergi Xidməti üçün plan  - 1,5 Milyard Manatdan Çox Artırılır
Vergilər 30 May 2023
Vergi Xidməti üçün plan - 1,5 Milyard Manatdan Çox Artırılır
Bu texnikalar və geyimlərin istehsalına - VERGİ VƏ GÖMRÜK GÜZƏŞTLƏRİ OLACAQ
Vergilər 30 May 2023
Bu texnikalar və geyimlərin istehsalına - VERGİ VƏ GÖMRÜK GÜZƏŞTLƏRİ OLACAQ
Azərbaycanda istehsal edilən avtomobillər - ƏDV-dən AZAD OLUNACAQ
Vergilər 30 May 2023
Azərbaycanda istehsal edilən avtomobillər - ƏDV-dən AZAD OLUNACAQ
Vergi Xidmətində investisiya şirkətləri ilə - GÖRÜŞ KEÇİRİLİB
Vergilər 30 May 2023
Vergi Xidmətində investisiya şirkətləri ilə - GÖRÜŞ KEÇİRİLİB
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • Ermənilər mövqelərimizi yenə - ATƏŞƏ TUTDU
    09:35 6 İyun 2023
  • Türk Lirəsi ucuzlaşmaqda - DAVAM EDİR
    09:30 6 İyun 2023
  • Dövlət qurumu "Bakı Yüksək Gərginlikli Elektrik Avadanlıqları" ASC-ni - MƏHKƏMƏYƏ VERİB
    09:29 6 İyun 2023
  • Rəsmi məzənnələr - AÇIQLANDI
    09:25 6 İyun 2023
  • 340 minlik audit tenderi - BU ŞİRKƏTƏ VERİLDİ - QALİB
    09:22 6 İyun 2023
  • Türkiyənin yeni Müdafiə Sənayesi İdarəsinin sədri - TƏYİN EDİLDİ
    09:21 6 İyun 2023
  • Dövlət xətti ilə 3458 mənzil - KİRAYƏ VERİLİB
    09:18 6 İyun 2023
  • Neft ucuzlaşıb - SON QİYMƏT
    09:15 6 İyun 2023
  • Dövlət qurumu 11 min ədədə yaxın ağac və gül kolları alır
    09:14 6 İyun 2023
  • Sürücülər tərəfindən şəxsin sağlamlığına yüngül xəsarət yetirilməsinə görə - CƏRİMƏ ARTIRILIR
    09:08 6 İyun 2023
  • Türkiyədə “Uber”in fəaliyyəti - QADAĞAN EDİLDİ
    09:02 6 İyun 2023
  • "Xaçmaz-Şərab" ASC-nin səhmdarlarının nəzərinə
    08:53 6 İyun 2023
  • Dövlət agentliyi texniki dəstək xidmətinə 372 min manat ödəyəcək
    08:49 6 İyun 2023
  • Əmlak Məsələləri Dövlət Xidməti "Kapitol" Firmasını - MƏHKƏMƏYƏ VERİB
    08:43 6 İyun 2023
  • DOST Agentliyi - TENDER ELAN EDİR
    08:36 6 İyun 2023
  • Bakıda bu yollarda tıxac var- SİYAHI
    08:27 6 İyun 2023
  • 236 avtobus gecikir - SİYAHI
    08:24 6 İyun 2023
  • "S.M. International" işçi axtarır - MAAŞ 1500 MANAT - VAKANSİYA
    00:36 6 İyun 2023
  • "City Service Company" işçi axtarır - MAAŞ 1000 MANAT - VAKANSİYA
    00:18 6 İyun 2023
  • "AzRe Reinsurance Company" işçi axtarır - VAKANSİYA
    00:14 6 İyun 2023
  • "Diamed Co" işçi axtarır - MAAŞ 1000-5000 MANAT - VAKANSİYA
    00:10 6 İyun 2023
  • Azərbaycan şirkəti işçi axtarır - MAAŞ 3000 MANAT- VAKANSİYA
    00:08 6 İyun 2023
  • "AGA Group" işçi axtarır - VAKANSİYA
    00:06 6 İyun 2023
  • "VTB Bank Azərbaycan" işçilər axtarır - VAKANSİYALAR
    23:49 5 İyun 2023
  • "Aztelekom" işçilər axtarır - VAKANSİYALAR
    23:44 5 İyun 2023
  • "Milla Dairy" işçi axtarır - VAKANSİYA
    23:39 5 İyun 2023
  • "Azərlotereya" işçilər axtarır - VAKANSİYALAR
    23:35 5 İyun 2023
  • Beynəlxalq şirkət Azərbaycanda işçi axtarır - VAKANSİYA
    23:32 5 İyun 2023
  • "AgroGurama" ASC işçi axtarır - MAAŞ 1500-2000 MANAT - VAKANSİYA
    23:23 5 İyun 2023
  • Sürət həddini aşmağa görə - CƏRİMƏLƏR ARTIRILIR - 200-300 MANAT
    19:58 5 İyun 2023
  • Rayonlara yağış yağdı, dolu düşdü - FAKTIKI HAVA
    19:48 5 İyun 2023
  • Qubada bağçılığın inkişafı üçün güzəştli kredit ayrılıb - MƏBLƏĞ
    18:04 5 İyun 2023
  • Rəşad Nəbiyev Qusarda vətəndaşları - QƏBUL EDİB
    17:49 5 İyun 2023
  • Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
    17:45 5 İyun 2023
  • Avropada qaz - 17%-DƏK BAHALAŞIB
    17:30 5 İyun 2023
  • Azərbaycan Körfəz ölkələrinə bal ixracı üçün - DANIŞIQLAR APARIR
    17:24 5 İyun 2023
  • Azərbaycanda bu il istehsal olunan kartofun miqdarı - AÇIQLANDI
    17:14 5 İyun 2023
  • Dolu düşəcək, yağış yağacaq, külək əsəcək - XƏBƏRDARLIQ
    17:08 5 İyun 2023
  • “PRO Kredit” BOKT kiçilib, gəlirləri azalıb - HESABAT
    17:07 5 İyun 2023
  • Azərbaycan və Dünya Bankı texniki yardım layihələrini - MÜZAKİRƏ EDİB
    17:03 5 İyun 2023
  • Yoluxanların bu günə olan - SAYI AÇIQLANDI - VƏFAT EDƏN OLMAYIB
    16:59 5 İyun 2023
  • “Punjab Trading Company” MMC - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    16:56 5 İyun 2023
  • Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    16:50 5 İyun 2023
  • Nobel Energy və Energetika Nazirliyi Günəş Elektrik Stansiyasının tikintisinə dair - MEMORANDUM İMZALAYIB
    16:48 5 İyun 2023
  • "Diamed CO" - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    16:44 5 İyun 2023
  • Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin tələbəsi dünyanın ən qabaqcıl təqaüd proqramlarından birini qazanıb - FOTO
    16:43 5 İyun 2023
  • İcra hakimiyyəti 3 ədəd minik avtomobili alır - TENDER ELANI
    16:37 5 İyun 2023
  • Palata “PKF Audit” şirkətinin lisenziyasını - LƏĞV EDİB
    16:30 5 İyun 2023
  • Biləsuvar Rayon Suvarma Sistemləri - TENDER ELAN EDİR
    16:28 5 İyun 2023
  • Naxçıvanda meyvə qurularının istehsalı sahəsi dəstəklənəcək
    16:20 5 İyun 2023
  • "Bakı Mexanikləşdirmə-1" ASC məhkəməyə verilib
    16:15 5 İyun 2023
  • "Sumqayıt Nəqliyyat"a yeni baş direktor - TƏYİN OLUNUB
    16:14 5 İyun 2023
  • Türkiyə Mərkəzi Bankına ilk dəfə qadın - RƏHBƏRLİK EDƏ BİLƏR
    16:08 5 İyun 2023
  • Bakı Mühəndislik Universiteti 576 min manatlıq tenderin qalibini açıqladı
    16:05 5 İyun 2023
  • "Azərbaycan Sənaye Korporasiyası"nda - YENİ TƏYİNAT
    16:04 5 İyun 2023
  • “Brand Credit” BOKT-un gəlirləri və mənfəəti azalıb - HESABAT
    16:03 5 İyun 2023
  • Naxçıvana ucuz uçuşlar - TƏŞKİL EDİLƏCƏK
    16:00 5 İyun 2023
  • Hava yolu ilə Naxçıvana səfər edənlərə gömrük güzəştləri - MÜƏYYƏN EDİLƏCƏK
    15:54 5 İyun 2023
  • Azərbaycanda kommunal xidmətlərlə təminatın zəif olduğu iqtisadi rayonlar məlum olub - SORĞU
    15:50 5 İyun 2023
  • Türkiyə Mərkəzi Bankının kəskin faiz artıracağı, lirənin bahalaşacağı - PROQNOZU VERİLDİ
    15:45 5 İyun 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!