Vətəndaşlar ödənişli tibbi xidmətlərə müraciət etdikləri zaman klinikaya ödədikləri ƏDV-nin müəyyən hissəsi geri qaytarılırmı?
Eləcə də bax: Tibbi xidmətlərin ƏDV-dən azad edilməsi müddəti - ARTIRILDI
FED.az xəbər verir ki, Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 2022-ci il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, həmin tarixdən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində tibbi xidmətlərin göstərilməsinə görə ödənilmiş ƏDV-nin qaytarılması həyata keçirilir.
Qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10 faizini təşkil edir. (Azərtac)