Azərbaycanda icbari tibbi sığorta xidmətlərinin göstərilməsinə əlavə dəyər vergisindən (ƏDV) azadolmanın müddəti 2023-cü ilin yanvarın 1-dək uzadılıb.
Eləcə də bax: Bu işçilərin əmək haqlarına həvəsləndirici əlavələr - MÜƏYYƏNLƏŞİB
FED.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev bu gün Vergi Məcəlləsinə edilən dəyişiklikləri təsdiq edib.
Məcəllənin 164.1.51-ci maddəsinə edilmiş dəyişikliyə görə İcbari Tibbi Sığorta Fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi bu ilin sonuna qədər vergidən azad ediləcək.
Qeyd edək ki, adıçəkilən güzəştin müddəti bu ilin yanvarın 1-də bitmişdi.
Azərbaycanda ƏDV-nin dərəcəsi 18 % təşkil edir.