İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aparatı mayın 29-da nazirliyin Bakının Nərimanov rayonunun Heydər Əliyev prospektində istifadəyə verilmiş yeni inzibati binasına köçüb.
Eləcə də bax: İqtisadiyyat Nazirliyi yeni inzibati binasına - Köçməyə Başlayıb
FED.az xəbər verir ki, bu barədə Xidmətin açıqlamasında bildirilir.
"Aparata kağız daşıyıcıda təqdim etməli olduğunuz sənədləri (müraciətləri) yeni inzibati binaya göndərməyiniz xahiş olunur", - deyə qurum bəyan edib. (Report)