İqtisadiyyat Nazirliyi mayın 29-da Bakının Nərimanov rayonunun Heydər Əliyev prospektində istifadəyə verilmiş yeni inzibati binasına köçməyə başlayıb.
Eləcə də bax: Iqtisadiyyat Nazirliyi bu binada yerləşəcək - DETALLAR, FOTOLAR
FED.az xəbər verir ki, bu barədə nazirlikdəki mənbə məlumat verib.
Xatırladaq ki, qurumun yeni inzibati binası Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Binada 772 əməkdaşın rahat və səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb. (Report)