İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ölkə iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı təkliflərinin öyrənilməsi istiqamətində görüşləri davam etdirir.
Xəstəxanalar üçün ƏDV üzrə güzəştlər - 5 VACİB MƏQAM
FED.az xəbər verir ki, növbəti belə görüş Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsi və aparıcı klinikaların nümayəndələrinin iştirakı ilə baş tutub.
Tədbirdə Vergi Məcəlləsində səhiyyə sahəsinin inkişafına yönəlmiş dəyişikliklər, vergi güzəştləri və təşviq mexanizmləri barədə təqdimat nümayiş etdirilib, vergi güzəştlərinin mahiyyəti izah olunub. Qeyd edilib ki, əsas məqsəd səhiyyə sahəsində könüllü əməletməyə və “ağarmaya” nail olmaqdır.
Görüşdə qarşılıqlı müzakirələr aparılıb. Klinika və həkimlər arasında əmək münasibətlərinin əmək müqaviləsi əsasında formalaşmasının mövcud vəziyyəti və perspektivi, həmçinin avans ödənişləri ilə əlaqədar ƏDV-nin qaytarılması zamanı yaranan çətinliklər, investisiya qoyuluşu ilə bağlı təşviqlərin verilməsi imkanı və digər məsələlər müzakirə olunub.
Sonda qaldırılan məsələlərlə bağlı vergi qanunvericilyinin bəzi məqamları Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən izah olunub, suallar cavablandırılıb. Gələcəkdə də belə görüşlərin keçirilməsinin zəruriliyi diqqətə çatdırılıb.