"Süni intellekt həlləri nəzarət-kassa aparatları, yük gömrük bəyannamələri və elektron qaimə-fakturalardakı məlumatların təhlilində də istifadə olunur".
Büdcəyə yığılan hər 100 manat üçün 1,2 manat xərclənir – VERGİ XİDMƏTİ AÇIQLADI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Dövlət Vergi Xidmətinin (DVX) rəisinin müavini Samirə Musayeva deyib.
Onun sözlərinə görə, bəzi hallarda vergi ödəyiciləri eyni malı və ya xidməti müxtəlif adlarla qeyd edirlər:
"Süni intellekt vasitəsilə bu məlumatların qruplaşdırılması, strukturlaşdırılması və müvafiq təsnifat sistemlərinə uyğunlaşdırılması prosesini təkmilləşdiririk. Bu həllərin faydasını artıq müşahidə edirik".
"Bildiyiniz kimi, bu aparatlarda gündəlik milyonlarla məhsul adı qeydə alınır. Bu məlumatların təhlili vasitəsilə məhsulların aid olduqları sektorlarla uyğunluğu, riskli və ya qeyri-adi əməliyyatların mövcudluğu, eləcə də mümkün uyğunsuzluqlar müəyyənləşdirilə bilər", - deyə o, əlavə edib.













