Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 6,354 mlrd. manat vergi daxil olub və proqnoza 120,2% əməl edilib.
Eləcə də bax: Azərbaycanda kassa aparatları üzrə dövriyyə - KƏSKİN ARTIB
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, Dövlət Vergi Xidmətinə istinadən verdiyi məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 12% artıb.
Qeyri-neft-qaz sektorundan daxilolmalar 4,707 mlrd. manat olub, proqnoza 114,9% əməl edilib. Dövlət büdcəsinə proqnozdan əlavə 609,6 mln. manat daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 10,4% artıb.
Qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə vergi daxilolmaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,8% artaraq 3,600 mlrd. manat təşkil edib. Regionlar üzrə daxilolmalar 700,9 mln. manat olmaqla, proqnoz 115,7% icra edilib, ötən illə müqayisədə bu mənbədən daxilolmalar 6,3% artıb.
Ödənilən vergilərin 74,1%-i qeyri-neft-qaz sektorunun, 25,9%-i isə neft-qaz sektorunun payına düşüb. (Apa)