Dövlət Vergi Xidməti tərəfindən bu günədək ölkə ərazisində 48 169 ədəd yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) quraşdırılıb.
Eləcə də bax: Köhnə nəsil kassa aparatlarından istifadə edənləri - CƏRİMƏ EDƏCƏKLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadla xəbər verir ki, Dövlət Vergi Xidmətindən verilən məlumata görə, bu ilin yanvar-sentyabr aylarında NKA-lar vasitəsilə qeydə alınan dövriyyə təxminən 11,1 mlrd. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 dəfədən çoxdur.
Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.