2025-ci ilin dekabr ayının 1-nə respublika üzrə uçotda olan 1.667.152 vergi ödəyicisinin 86,8 faizi fiziki şəxslər, 13,2 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.
Azərbaycanın aqrar sektorundakı şirkətlərin sayı açıqlanıb
Bu barədə FED.az-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 4,8 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,5 faiz, hüquqi şəxslərin sayı 6,9 faiz artıb.
Dekabr ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı ötən ilin eyni dövrünə nisbətən 7,5 faiz artaraq 203.001 vahid təşkil edib.
Qeyd edilib ki, 2025-ci ilin yanvar - noyabr aylarında 12.957 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 88,8 faizi ( 11 506) yerli investisiyalı, 11,2 faizi (1451) xarici investisiyalıdır. Kommersiya qurumlarının 85,1 faizi elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 96,4 faiz təşkil edib.
Dekabr ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,1 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb.










