“Mərəndi” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
Vergi Xidməti 21 milyon manatdan artıq məbləğdə ziyanı - Dövlət Büdcəsinə Ödətdirib
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bildirir.
Məlumata əsasən, “Mərəndi” MMC-nin vergi borcu 647 009.50 manatdır. Bu 20.07.2023-cü il tarixinə qədər olan məlumatdır.
Şirkət 2016-cı ildən dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 100 manat kimi göstərilir.
Hazırda ümumilikdə 160 hektar ərazidə yetişdirilən 15 üzüm növündən çeşidli məhsullar, o cümlədən rafinə olunmuş “Yallı”, “Premium Tella Caspea” və “Tera Caucasea”, eləcə də daha zərif dadı olan və yüngül içilən “İlkin” süfrə şərabları hazırlanır.