“Virtual Azərbaycan Qrup of Kompani” MMC-nin büdcəyə olan vergi borcu tam şəkildə ödəyib.
Eləcə də bax: “ATEF Şirkətlər Qrupu”nun 6 milyon manata yaxın - VERGİ BORCU VAR
FED.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasındakı rəqəmlərə əsasən bir neçə həftə əvvəl “Virtual Azərbaycan Qrup of Kompani” MMC-nin 44 592 manat vergi borcu vardı.
Amma şirkətdən FED.az-a bildirilib ki, artıq vergi borcu ödənilib və 16.09.2021 tarixinə vergi borcunun məbləği 0 manat təşkil edir.
2014-cü ildən fəaliyyətə başlayan “Virtual Azərbaycan” şirkəti hazırda Azərbaycanda İKT sahəsində fəaliyyət göstərən şirkətlərdən biridir, qanuni təmsilçisi Elvin Abbasovdur.