“ATEF Şirkətlər Qrupu”nun dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
Eləcə də bax: 2 milyon manata yaxın - Vergi Borcu Var
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasındakı rəqəmlər deyir.
Məlumata əsasən, “ATEF Şirkətlər Qrupu”nun vergi borcu 5 601 423 manatdır. Bu vergi borcu 06.09.2021-ci il tarixinə olan məlumatdır.
Xatırladaq ki, “ATEF Şirkətlər Qrupu” 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətlər qrupunun nizamnamə kapitalı 33 892 585 manatdır və qanuni təmsilçisi Emil Əlixanbəyovdur.