Azərbaycan Mərkəzi Bankı (AMB) səhm bazarına vergi güzəştlərinin tətbiqi ilə bağlı dövlət qurumları ilə müzakirələr aparır.
Eləcə də bax: Azərbaycanda özəl şirkətlər dövlət zəmanətilə - Borc Ala Biləcəklər
FED.az xəbər verir ki, bunu AMB-nin Kapital Bazarının Fəaliyyətinə dair Siyasət və Nəzarət Departamentinin direktorunun müavini Samir İsmayılov bildirib.
“Bununla bağlı işlər tamamlandıqdan sonra biz səhm bazarında da müsbət inkişaf görə biləcəyik”, - o deyib.
AMB rəsmisi həmçinin əlavə edib ki, gələcəkdə banklar kapital bazarında daha aktiv iştirak edə biləcək. (Report)