Bu ilin yanvar və fevral aylarında yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) e-qeydiyyatının xüsusi çəkisi 95,3 faiz təşkil edib.
Eləcə də bax: Aktiv kommersiya qurumlarının sayı - 12,2% ARTIB
Dövlət Vergi Xidmətindən FED.az-a bildirilib ki, yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 301 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 13,9 faiz, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 15,6 faiz təşkil edib.
Bundan başqa, martın 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 88,9 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,5 faizi səhmdar cəmiyyət, 1,2 faizi kooperativ və s. formalarda yaradılıb.