Yanvar-fevral aylarında fəaliyyəti aktivləşmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,4 faiz, fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı isə 29,5 faiz artıb.
Eləcə də bax: Azərbaycanda vergi ödəyicilərinin sayı - 10% ARTIB
FED.az xəbər verir ki, Dövlət Vergi Xidmətindən verilən məlumata görə, martın 1-nə dövlət qeydiyyatında olan 147 min 874 kommersiya qurumundan 89 min 128-nin vəziyyəti aktiv olub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 12,2 faiz artıb, xüsusi çəkisi isə artaraq 60,3 faizə çatıb.