Bu ilin yanvar-iyun aylarında Azərbaycanda qeyri-neft-qaz sektorundan vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 38,1% artaraq 4 398,1 mln. manat təşkil edib.
Eləcə də bax: İlk yarımildə plandan artıq - 2 milyard manat - VERGİ YIĞILIB
FED.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter“ hesabında yazıb.
Nazir bildirib ki, proqnoz 128,6% icra edilib.
“Vergi daxilolmalarında müşahidə olunan artımın mühüm hissəsi qeyri-neft-qaz sektorunun payına düşür”, - Mikayıl Cabbarov qeyd edib. (Apa)