“Star-M” Mənzil Tikinti Kooperativinin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
Eləcə də bax: “Akkord”un daha bir şirkətinin dövlətə vergi borcu olduğu açıqlandı – Məbləğ
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasındakı rəqəmlər deyir.
Məlumata əsasən, Star-M” Mənzil Tikinti Kooperativinin vergi borcu 1 199 108 manatdır. Bu vergi borcu 18 avqust 2021-ci il tarixinə olan məlumatdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bununla bağlı kommersiya məhkəməsinə üz tutub.
Qeyd edək ki, bu MTK 2004-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 40 manatdır və qanuni təmsilçisi Valeh Qasımovdur.