“Akkord Asfalt” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
Eləcə də bax: “Akkord”un şirkətinin dövlətə 2 milyona yaxın vergi borcu var - RƏSMİ
Eləcə də bax: 20-yə yaxın şirkət «Akkord»u məhkəməyə verib - SİYAHI
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasındaki rəqəmlər deyir.
Məlumata əsasən, “Akkord Asfalt” MMC-nin vergi borcu 138 499 manatdır. Bu vergi borcu 08.08.2021-ci il tarixinə olan məlumatdır.
Xatırladaq ki, “Akkord Asfalt” MMC 2014-cü ildə dövlət qeydiyyatına alınıb. MMC-nin nizamnamə kapitalı 7 665 385 manatdır və qanuni təmsilçisi Anar Məmmədovdur.
Onu da qeyd edək ki, tam hüquqi adı ilə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “Akkord Hydrotechnıcal Constructıon Company” MMC-nin dövlət qarşısında (4 avqust 2021-ci il tarixinə) 1 718 510 manat həcmində vergi borcu olduğu məlum olub.